Əsas Səhifə > Dünya > Yaponiyada güclü yağışlar, 52 nəfər öldü
Yaponiyada güclü yağışlar, 52 nəfər öldü8-07-2020, 08:47 |
Yaponiyanın cənub-qərbində güclü yağışlar nəticəsində 52 nəfər ölüb. Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, yağıntılar zamanı xəsarət alanlardan 2 nəfərin vəziyyəti ağırdır. 12 nəfərin itkin düşdüyü bildirilir. Məlumata görə, ölənlərdən 51 nəfəri Kyusyu adasının Kumamoto prefekturasının, 1-i isə Fukuoka prefekturasının sakinidir. Şənbə günündən başlayan yağıntılar nəticəsində Kyusyu adasında təxminən 7 min insan işıqsız qalıb. Fəlakət bölgəsinə xilasedicilər və 10 min hərbi qulluqçu göndərilib. Yaponiyanın Baş Meteoroloji İdarəsi intensiv yağışlara görə üç prefekturanın təhlükə altında olduğunu açıqlayıb. Geri qayıt |