Əsas Səhifə > Dünya > Rusiyada nazir müavini haqda həbs qərarı verildi

Rusiyada nazir müavini haqda həbs qərarı verildi


6-07-2020, 23:51

 

Moskvanın Tver məhkəməsi Rusiyanın Elm və Ali Təhsil nazirinin müavini Marina Lukaşeviç haqqında həbs qərarı çıxarıb.

Şəffaflıq.az “TASS”a istinadən xəbər verir ki, nazir müavini iri məbləğdə pul mənimsəməkdə ittiham olunur. Lukaşeviç haqda avqustun 16-dək həbs qətimkan tədbiri seçilib. Marina tərəfindən vurulan ziyan 50,3 milyon rubl dəyərindədir.

Onun vəkili Yelena Benkovskaya qərardan şikayət verəcəklərini bildirib.

Geri qayıt