Əsas Səhifə > Dünya > İsraildə klublar, barlar və idman zalları bağlanır
İsraildə klublar, barlar və idman zalları bağlanır6-07-2020, 23:50 |
İsrail hökuməti mərasimlər üçün zalları, klubları, bar və idman zallarını bağlamaq, restoranlarda müştərilərin sayında məhdudiyyət qoymaq qərarına gəlib. Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, bu qərar koronavirusla bağlı göstəricilərin artması səbəbindən qəbul edilib. Bununla əlaqədar olaraq Baş Nazir Binyamin Netanyahu bu gün hökumət üzvləri ilə birlikdə müzakirələr aparıb. Restoranlarda 20-dək, açıq havada isə 30-dək insanın bir yerə toplaşması haqda təklif qəbul edilib. Bundan başqa, ictimai hovuzlar bağlanacaq, yay düşərgələri 4 yaşadək uşaqlar üçün açılacaq. Avtobusda 20 sərnişin olmalı, dövlət qulluqçularının 30%-i evdən işləməlidir. Sözügedən tədbirlər İsrail parlamenti tərəfindən təsdiqlənməlidir. Qeyd edək ki, İsraildə koronavirusdan 332 nəfər dünyasını dəyişib, 30 min 162 nəfər isə virusa yoluxub. Geri qayıt |