Əsas Səhifə > Dünya > Rusiyada Konstitusiyaya düzəlişlərlə bağlı səsvermələrin son nəticəsi açıqlandı
Rusiyada Konstitusiyaya düzəlişlərlə bağlı səsvermələrin son nəticəsi açıqlandı2-07-2020, 09:09 |
Rusiya seçicilərinin 78,04%-i ölkə Konstitusiyasına düzəlişlərin qəbuluna səs verib. Şəffaflıq.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında bildirilir. MSK-nın məlumat mərkəzində protokolların 95,61%-nin hesablanmasından sonra seçicilərin 78,04%-nin Konstitusiyaya düzəlişlərin qəbuluna səs verdiyi açıqlanıb. Məlumata görə, səsvermələrdə iştirak edənlərin 21,15%-i buna qarşı çıxıb. Qeyd edək ki, Konstitusiyaya düzəlişlər üzrə ümumrusiya səsverməsi 22 aprelə təyin edilmişdi, amma ölkədəki mürəkkəb epidemiologiya vəziyyətə görə səsvermələr təxirə salınmışdı. Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirdi ki, səsvermə 1 iyulda keçiriləcək. Epidemiologiya vəziyyəti və əhalinin təhlükəsizliyi nəzərə alınaraq rusiyalıların iyunun 25-dən iyulun 1-dək səs vermələri barədə qərar qəbul edilib. Geri qayıt |