Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Bu məhsulların ölkədən çıxışına qadağa qoyuldu - Siyahı
Bu məhsulların ölkədən çıxışına qadağa qoyuldu - Siyahı30-06-2020, 20:20 |
Sentyabrın 1-dək yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların siyahısı təsdiqlənib. Şəffaflıq.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarına dəyişiklik edib. Siyahıya aşağıdakı mallar daxildir: - Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti - Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar - Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan - Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan - Əczaçılıq məhsulları (pərakəndə satış üçünformalarda və ya qablaşmalara qablaşdırılmayan tənzif və tənzif məmulatları) - Dezinfeksiyaedici vasitələr - Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər - Baxillər - Steril və qeyri-steril əlcəklər - Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların) istehsalında istifadə olunan parçalar - Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar) - Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar) - Tibbi personalın istifadəsi üçün hermetic qoruyucu eynəklər - Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik tənəffüs aparatı - İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər. Geri qayıt |