Əsas Səhifə > ELM VƏ TƏHSİL > Rusiyada şagirdlər sentyabrdan məktəbə gedəcək
Rusiyada şagirdlər sentyabrdan məktəbə gedəcək29-06-2020, 22:28 |
Rusiyada kotonavirusla bağlı vəziyyət tam sabitləşməsə də, şagirdləri məktəbdən çox saxlamamaq qərarına gəliblər. Onlar sentyabrın 1-dən təhsil ocağına gedəcəklər. Bu haqda Rusiya Maarif naziri Sergey Kravtsov məlumat verib.Şəffaflıq.az xəbər verir ki, qonşu ölkədə şagirdlər sentyabrdan məktəbə gedəcək. Nazir təhsil ocaqlarında epidemioloji qorunmanın gücləndiriləcəyini bildirib. "Hamı buna hazırlaşır. Müəllimlər də, şagirdlər də. Uşaqlar məktəb üçün çox darıxıb", - Kravtsov açıqlamasında deyib. Azərbaycanda yeni tədris ilinin hansı şərtlərlə başlayacağı dəqiq bilinmir. Bizdə məktəblər martın 2-dən fəaliyyətini dayandırıb. Geri qayıt |