Əsas Səhifə > Dünya > İran Trampla bağlı həbs orderi verdi

İran Trampla bağlı həbs orderi verdi


29-06-2020, 21:55

 

İran məhkəmə orqanları general Qasım Süleymaninin öldürülməsinə görə ABŞ Prezidenti Donald Trampın beynəlxalq axtarışa verilməsi ilə bağlı İnterpola müraciət edib.

Şəffaflıq.az İranın “Mehr” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehran Prokuroru Əli Mehr açıqlama verib.

“Təlimlərdə iştirak edən və Qasım Süleymaninin öldürülməsi məsələsi ilə məşğul olan, aralarında ABŞ və digər ölkələrin siyasi və hərbi xadimlərinin də olduğu 36 nəfər müəyyən edilib”.

Əli Mehr qeyd edib ki, siyahının başında Donald Tramp durur. İran hökuməti siyahıdakı bütün şəxslər üçün həbs orderi verib. Prokuror qeyd edib ki, bu şəxslər qətl və terrorizmdə ittiham olunur.

Geri qayıt