Əsas Səhifə > Dünya > Kolumbiyada sutkada rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb

Kolumbiyada sutkada rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb


28-06-2020, 13:34

 

Kolumbiya Səhiyyə və Sosial Müdafiə Nazirliyi 4 149 yeni yoluxma faktı barədə xəbər verib.

Şəffaflıq.az trend-ə istinadən bildirir ki,  bu da Cənubi Amerika ölkəsi üçün bütün pandemiya dövründə ən yüksək gündəlik artımdır. Ümumi yoluxanların sayı 88 591-ə yüksəlib.

Bildirilib ki, iyunun 27-də biz Kolumbiyada 1136 xəstənin sağalması, 4 149 yeni yoluxma və 128 ölüm halı təsdiq edilib.


Nəticədə sağalananların sayı 36 273 nəfərə, COVID-19 (yeni koronavirusun yaratdığı xəstəlik) xəstələrin sayı 88 591 nəfərə, ölüm hallarının sayı isə 2939 nəfərə çatdı.

Boqotoda 27118 yoluxma faktı qeydə alınıb.

Geri qayıt