Əsas Səhifə > Dünya > Bill Qeyts: “Koronavirus peyvəndi effektiv olmaya da bilər”

Bill Qeyts: “Koronavirus peyvəndi effektiv olmaya da bilər”


27-06-2020, 22:41

 

“Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts bildirib ki, koronavirus peyvəndi infeksiyanın yayılmasına qarşı sədd kimi effektiv olmaya bilər.

Bu barədə CNN məlumat yayıb.

Onun sözlərinə görə, peyvəndi hazırlayarkən alimlər iki amilə - peyvənd edilmiş şəxsin xəstəliyə yoluxmasının və koronavirusun digər insanlara ötürülməsinin qarşısının alınmasına əsaslanırlar.

B.Qeyts qeyd edib ki, peyvəndin koronavirusa qarşı ideal bloklayıcı olacağına dair zəmanət yoxdur.


Şəffaflıq.az
Geri qayıt