Əsas Səhifə > İqtisadiyyat > Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb25-06-2020, 20:11 |
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 24-də 41,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,15 dollar/barel azdır. Şəffaflıq.az xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,11 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,17 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 40,46 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,15 dollar/barel azdır. Geri qayıt |