Əsas Səhifə > Hadisə > Şok! Azərbaycanlı əsirlərin saxlanıldığı yer tapıldı
Şok! Azərbaycanlı əsirlərin saxlanıldığı yer tapıldı5-11-2018, 14:45 |
Ermənilər Kəlbəcərdəki qızıl yataqları və mədən işlərində bizimkilər işlətməklə yanaşı, həm də olmazın işgəncə verirlər Qarabağ döyüşlərində 4000-dən artıq azərbaycanlının itkin düşdüyünə dair məlumatlar rəsmi qaynaqlar tərəfindən də təsdiqlənir. Amma erməni tərəfi heç bir şəkildə əllərində azərbaycanlı əsir olduğunu qəbul etmirlər. Lakin bu yaxınlarda üzə çıxan bir fakt erməniləri çətin vəziyyətə salıb. JAM.AZ xəbər verir ki, bu yaxınlarda işğal altında olan torpaqlarımıza səfər etmiş qonşu ölkələrdən birinin vətəndaşları əsir azərbaycanlıların işlədildiyi məkanı aşkarlayıb. Daxil olan məlumatlara görə, həmin şəxslər təsadüfən Kəlbəcərdə olublar və Zod kəndi yaxınlığındakı əraziləri gəziblər. Həmin vaxt oradakı mədənlərdə işləyən, çəlimsiz, yarı ac, səfil gündə xeyli sayda adam görüblər. Tikanlı məftillərlə əhatələnmiş ərazidə işgəncələrə məruz qalan işləyənlərin kimliyini soruşduqda isə heyrətə gəliblər. Onlara bələdçilik edən erməni bildirib ki, Zod qızıl yataqları və digər mədənlərdə çalışanlar azərbaycanlı əsirlərdir. «Onların bir dəri, bir sümüyü qalmışdı. Erməni əsgərlər onlarla vəhşi kimi davranırdılar. İnsanın gücü çatmayan işlərə vadar edirdilər. Döyürdülər, təhqir edirdilər və sair. Həmin mənzərəni görəndə dəhşətə gəlmişdik. Erməni bələdçi bizə dedi ki, onlar azərbaycanlılardır. Qarabağ müharibəsi zamanı əsir düşüblər. İndi isə ən ağır fiziki işlərdə işlədilirlər». JAM.AZ-a danışan həmin şəxslər daha sonra qeyd ediblər ki, əsir azərbaycanlılara gün ərzində bir dəfə yemək verirlər. Onların arasında qadınlar və uşaqların olduğunu da bildirən mənbə vurğulayıb ki, əsirlərin ölməməsinə təəccüb ediblər. «Biz 15-20 dəqiqə onların necə işlədildiyini, hansı işgəncələrə məruz qaldığını uzaqdan da olsa müşahidə elədik. Bu şərtlər daxilində onların həyatda qalmaları bizim üçün inanılmaz idi. O işgəncələr ki, onlara verilirdi, buna insan dözməzdi. Amma görünür, fiziki imkanları bu vəziyyətə dözməyə imkan verib ki, bu illər ərzində sağ qala biliblər». Erməni bələdçi isə Qarabağda olan həmin şəxslərə digər mətləblərdən də bəhs edib. O bildirib ki, əsir azərbaycanlıların bir qismi Kəlbəcərdə saxlanılır. «Bizə dedi ki, İrəvanda, Leninakanda, Gümrüdə də əsir azərbaycanlılar az deyil. Onlardan əsasən ağır fiziki işlərdə istifadə olunur. Təəssüf ki, fotoşəkillər çəkməyə imkan vermədilər. Yoxsa, gördüklərimizi lentə alıb, bütün dünyaya yayardıq». Xatırladaq ki, hələ bir müddət əvvəl də Gürcüstana turist kimi gəlmiş bir neçə erməni Ermənistanda və Qarabağda xeyli sayda azərbaycanlı əsirlərin olduğu barədə məlumat vermişdilər. Lakin onlar əsirlərin saxlanıldığı ünvanları konkret olaraq deməkdən çəkinmişdilər. Geri qayıt |