Əsas Səhifə > Dünya > ABŞ neft hasilatını sürətlə artırır – Dünya bazarında təlatüm yarana bilər
ABŞ neft hasilatını sürətlə artırır – Dünya bazarında təlatüm yarana bilər25-06-2020, 07:38 |
ABŞ-da neft hasilatı sürətlə artır. Ölkənin Energetika Nazirliyinin Enerji Məlumatları İdarəsinin(EIA) məlumatına görə, 13-19 iyunda gündəlik hasilat 500 min barel artıb. Martın ortalarından ABŞ-da gündəlik neft hasilatı 2,1 milyon barel(16 faiz) azalıb. Ötən həftənin nəticələri son 3 ayda ilk dəfə ölkədə neft hasilatının artdığını göstərir. Halbuki ondan əvvəlki həftə gündəlik hasilat ötən ilin iyulundan bəri ən kəskin azalma – 600 min barel nümayiş etdirmişdi. ABŞ-da 12 iyun vəziyyətinə neft anbarları 61 faiz(413,5 milyon barel) dolu olub. Oklahoma ştatında yerləşən ən böyük Kuşinq anbarında isə dolma səviyyəsi mayın əvvəlindəki 83 faizə qarşı 59 faizə qədər azalıb. Qeyd edək ki, OPEK+ razılaşması çərçivəsində 23 neft ölkəsi gündəlik hasilatın 9,7 milyon barel azaldılması barədə razılaşmaya əməl etdiyi bir vaxtda ABŞ-ın hasilatı sürətlə artırması dünya neft bazarı üçün heç də yaxşı nəticə vəd etmir. OPEK+ ölkələri maksimal azalma həddini iyulun sonunadək saxlamağı qərarlaşdırıblar. ABŞ-ın hasilatı sürətlə artırması fonunda bu razılaşmanın müddətinin artırılmasını mümkünsüz hala gətirir. Şəffaflıq.az Geri qayıt |