Əsas Səhifə > Gündəm > Operativ Qərərgah: Daha 590 nəfərdə koronavirus aşkarlandı, 7 nəfər öldü

Operativ Qərərgah: Daha 590 nəfərdə koronavirus aşkarlandı, 7 nəfər öldü


24-06-2020, 19:21

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 590 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 14 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 768 nəfər müalicə olunaraq sağalıb, 174 nəfər vəfat edib, 6 363 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 103, ötən müddət ərzində isə ümumilikdə 441 961 test aparılıb.


Şəffaflıq.az
Geri qayıt