Əsas Səhifə > Gündəm > Azərbaycanda daha bir cərrah koronavirusdan vəfat etdi
Azərbaycanda daha bir cərrah koronavirusdan vəfat etdi24-06-2020, 18:45 |
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib. Şəffaflıq.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Respublika Xüsusiləşdirilmiş Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı 63 yaşlı Faiq Yusifov koronavirus infeksiyasından müalicə olunduğu xəstəxanada ölüb. Ötən həftə onda ilkin simptomlar yaranıb və bir neçə gün öncə verdiyi testin nəticəsi pozitiv çıxıb. Angioloji Mərkəzdən məlumatı təsdiqləyiblər. Geri qayıt |