Əsas Səhifə > Dünya > Meksikada 7,3 bal gücündə zəlzələ oldu

Meksikada 7,3 bal gücündə zəlzələ oldu


23-06-2020, 23:33

 


Meksikada 7,3 maqnitudalı zəlzələ baş verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ ocağı 12 km dərinlikdə yerləşib. Zəlzələnin episentri isə təxminən 260 min insanın yaşadığı Oaxaka de Xuares şəhərindən (Oaxaka ştatı) 131 km cənub-şərqdə yerləşib.

Yeraltı təkanlar paytaxt Mexiko şəhərində də hiss olunub.


Geri qayıt