Əsas Səhifə > Dünya > Daşkənddə koronavirus məhdudiyyətləri sərtləşdirilir
Daşkənddə koronavirus məhdudiyyətləri sərtləşdirilir23-06-2020, 09:00 |
Özbəkistan hökuməti epidemiyanın geniş yayılması səbəbi ilə paytaxt Daşkəndin rayonlarında karantin tədbirlərini sərtləşdirmək qərarına gəlib. Şəffaflıq.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb. Bildirilib ki, paytaxtın 513 məhəlləsinin 71-i mövcud vəziyyətlə əlaqədar “qırmızı zona”ya daxil edilib. Məhəllələrin giriş və çıxışlarında gecə-gündüz olmaqla nəzarət məntəqələrinin qurulacağı bildirilib. Son məlumatlara görə, ölkədə yoluxma hallarının sayı 6358-ə çatıb, 19 nəfər ölüb, 4377 nəfər sağalıb. Geri qayıt |