Əsas Səhifə > Cəmiyyət > Xalq artisti vəfat etdi - FOTO

Xalq artisti vəfat etdi - FOTO


8-02-2019, 12:14

 Ötən ilin dekabrında ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən məşhur rus aktyoru Sergey Yurski 83 yaşında vəfat edib.
Şəffaflıq.az Publika.aza istinadən xəbər verir ki, Mossovet adına Teatrın mətbuat xidmətindən verilən məlumata görə, aktyor bu gün səhər saatlarında dünyadan köçüb.
Məlumat üçün bildirək ki, Yurski 16 mart 1935 il tarixində Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olub. Onun atası Yuri Yurski teatr aktyoru və rejissoru, sirk rəhbəri, anası Yevgeniya Yurskaya isə musiqi müəlliməsi olub. Uşaq yaşlarında incəsənətə həvəsi olan Sergeyi valideynləri bu yoldan çəkindirməyə çalışıblar, amma bunu bacarmayıblar. Sergey Yurskinin aktyor olmaq istəyi təхminən on dörd yaşında baş qaldırıb. Amma o, valideynlərinin istəyi ilə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. S.Yurski Leninqrad Dövlət Universitetində hüquq elmini öyrənməklə yanaşı, universitetin dram dərnəyində də məşğul olmağa vaхt tapırdı. Atası isə onu teatr səhnəsindən uzaqlaşdırmağa çalışırdı. Amma universitetdə qoyulan tamaşalarda Sergeyə bir-birinin ardınca müхtəlif rollar verilirdi. 1959-cu ildə A. N. Ostrovski adına Leninqrad Teatr İnstitutunu bitirib.1961-ci ildə aktrisa Zinaida Şarko ilə evlənən Sergey Yurski bu xanımla cəmi 7 il birgə yaşayıb və boşanıblar. Daha sonra o, ikinci dəfə Natalya Tenyakova evlənib.Gənc yaşından başlayaraq Yurski kino və teatrda müxtəlif rollar oynayıb və tezliklə də məşhurlaşıb. Sergey Yurskinin Azərbaycana da bağlılığı var. Belə ki, o, Azərbaycan filmlərində çəkildiyi rolları ilə tanınıb. Xüsusilə onun "Dərviş Parisi partladır" filmində yaratdığı Müsyö Jordan obrazı bu günkü gündə də sevilə-sevilə izlənilir. Aktyor ekran əsərində fransız təbiətşünası Müsyö Jordan rolunu təbii və koloritli ifa etməklə bərabər, həm də personajın nitqinin səsləndirilməsini də məharətlə yerinə yetirib. Bundan başqa aktyor “Şir evdən getdi” filmində ovçu, “Bir ailəlik bağ evi” filmində direktor, və “Qorxma, mən səninləyəm!” filmində pristav rollarını oynayıb.
Yurski aktyor olmaqla yanaşı, həm də rejissor və ssenarist kimi fəaliyyət göstərib. 1979-cu ildən isə Yurski Moskvanın Mossovet adına Teatrında çıxış edib və “Müasir pyes məktəbi”ndə çalışıb.
Geri qayıt