Əsas Səhifə > Hadisə / Cəmiyyət > Bakıda ölümcül virus: BDU-ya 600 balla qəbul olan qız öldü – ŞOK HADİSƏ (FOTO)

Bakıda ölümcül virus: BDU-ya 600 balla qəbul olan qız öldü – ŞOK HADİSƏ (FOTO)


8-02-2019, 12:07

 Bakıda birinci kurs tələbəsi olan qız dünyasını dəyişib.
“Minval.info”nun məlumatına görə, qızın anası İlhamə İgidova Baku.ws-ə bildirib ki, övladı virusa yoluxubmuş. Onun sözlərinə görə, 18 yaşlı qızı Nərdanə Şirvan qızı Tağızadə yanvarın 29-da vəfat edib.
Belə ki, qızın vəziyyəti yanvarın 25-də pisləşib və onu Respublika Klinik Xəstəxanasına, daha sonra “Bakı Medical Plaza”ya yerləşdiriblər. Həkimlərin səyinə baxmayaraq, Nərdanənin həyatını xilas etmək mümkün olmayıb.
Həkimlər qızın valideynlərinə deyiblər ki, Nərdanə Tağızadə leptospirosis virusuna tutulubmuş: “Əvvəlcə dedilər qız H1N1 virusuna tutulub. Sonradan dedilər ki, qıza heyvanlardan leptospiroz virusu keçib. Lakin ölüm kağızında rəsmi olaraq yazdılar ki, onun dünyasını dəyişməsinə səbəb ağciyər və ürək çatışmazlığıdır”.
İlhamə İgidova deyir ki, qızın ölümündən sonra evlərinə Epidemiologiya Mərkəzindən həkimlər gəlib və bildiriblər ki, Nərdanə Tağızadədən başqa, bu virusdan daha 5 nəfər vəfat edib: “Dedilər ki, araşdırmaq lazımdır ki, Nərdanə ilə həmin 5 nəfərin əlaqəsi olub, ya yox. Bu virus əsasən heyvanlardan insana keçir”.
Dünyasını dəyişən Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə 600 balla daxil olub. Xəstələnəndən sonra bir müddət müalicə alıb və imtahanlarını verib.
Qeyd edək ki, mərhumun bu yaxınlarda nişan mərasimi baş tutacaqdı.



 

Geri qayıt