Əsas Səhifə > Gündəm > Bakı, Sumqayıt və Abşeronda yaşayanlar rayonlara getməyə cəhd edirlər, 5000-ə qədər avtomobil geri qaytarılıb
Bakı, Sumqayıt və Abşeronda yaşayanlar rayonlara getməyə cəhd edirlər, 5000-ə qədər avtomobil geri qaytarılıb20-06-2020, 12:59 |
“Artıq ikinci gündür Bakı, Sumqayıt və Abşeron rayonlarının ərazisində yaşayan şəxslərin rayonlara getməsinə cəhdlər edilir”. Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. K. Əliyev deyib ki, dünən axşam 5 minə qədər avtomobil geri qaytarılıb: “Həmin avtomobillərdən 4 mini Bakı, 1000-i isə rayon istiqamətinə geri qaytarılıb. Həmin insanlar buna cəhd etməsinlər. İnsanlar DİN-in “Qaynar xətti”nə zəng vuraraq buraxılıb-buraxılmayacaqlarını öyrənməlidirlər. Hətta vətəndaşın icazəsi varsa belə mübahisə yaratmasınlar. Vətəndaşlar “102” və digər nömrələr zəng edə bilərlər. Müraciət araşdırılacaq və icazə varsa, hərəkətə imkan yaradılacaq”. Geri qayıt |