Əsas Səhifə > Dünya > Pakistanda COVID-19-a yoluxanların sayının milyonlarla olduğu ehtimal edilir

Pakistanda COVID-19-a yoluxanların sayının milyonlarla olduğu ehtimal edilir


19-06-2020, 08:07

 

Seyfullah Xanın Kvettadan olan dostu atası ilə birlikdə Əfqanıstanla həmsərhəd Çaman şəhərindəki yas mərasiminə getdikdən sonra xəstələnəndə, Seyfullah onlara koronavirus üçün müayinədən keçmələrini məsləhət görüb. Lakin dostu bu məsləhəti rədd edib.

İki həftə sonra dostunun atası ölüb.

"Onda COVID-19-un bütün simptomları var idi, lakin ona test etmədilər, ölümündən sonra da bu barədə heç kimə məlumat vermədilər və yas mərasimi də adi qaydada keçdi" - deyə, ailəsinin böyük hissəsi Kvettada yaşayan, paytaxt İslamabad sakini Xan bildirib.

O, Pakistanda koronavirusa yoluxan, lakin testən keçməyən və virusa yoluxanların milli məlumat bazasında qeydiyyata alınmayan milyonlarla insandan biri ola bilər.

Bəzi statistik modellər, rəsmi açıqlamalar, sızan hökumət sənədləri və müxtəlif şəhərlərdəki insanların söylədikləri Pakistanda COVID-19-a yoluxma və ölüm hallarının həqiqi sayının rəsmi olaraq açıqlanan saydan daha yüksək olduğuna işarə edir.

Ən son rəsmi məlumatlara görə, ölkə boyu təxminən 160 min yoluxma, təxminən 3 min ölüm halı qeydə alınıb. Lakin alimlər və analitiklər həqiqi sayın daha yüksək - milyonlarla yoluxma, on minlərlə ölüm hallının - olma ehtimalından narahatdır.

May ayında Pəncab vilayətinin Səhiyyə Departamentinin Pakistanın ikinci ən böyük şəhəri olan Lahorda keçirdiyi testlərin nəticələrinin azı 6 faizi müsbət çıxıb. Bəzi bölgələrdə isə bu göstərici 14 faiz olub.

Şəhərdəki əhalinin sayına və məlumatlara əsaslanan epidemiologlar, ictimai səhiyyə mütəxəssisləri, iqtisadçılar, statistiklərdən ibarət işçi qrupu mayın 15-də Lahorda yoluxanların sayının 670800 nəfər olduğunu ehtimal edir.


Şəffaflıq.az
Geri qayıt