Əsas Səhifə > Dünya > BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri seçildi

BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri seçildi


18-06-2020, 07:58

 

Hindistan, İrlandiya, Meksika və Norveç BMT Təhlükəsizlik Şurasının 2021-2022-ci illərdə qeyri-daimi üzvləri seçilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Baş Assambleyada keçirilmiş səsverməsinin nəticələrinə istinadən TASS bildirib.

Qeyd edilir ki, Afrikadan heç bir ölkə şuraya qeyri-daimi üzv seçilə bilməyib. Çünki qitənin iki iştirakçı ölkəsi lazımi dəstək almayıb.

Bundan başqa, qeyd edilir ki, Kanada da səslərin lazımi sayını toplamayıb. Şimali Amerika ölkəsi İrlandiya və Norveçə rəqib kimi çıxış edirdi.

BMT Təhlükəsizlik Şurası səsvermə yolu ilə seçilən 10 qeyri-daimi və beş daimi üzvdən (Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa) ibarətdir.

Geri qayıt