Əsas Səhifə > Dünya > Koronavirusla bağlı gözlənilən açıqlama gəldi — ÇOX TƏƏSSÜF Kİ... / ÜST

Koronavirusla bağlı gözlənilən açıqlama gəldi — ÇOX TƏƏSSÜF Kİ... / ÜST


17-06-2020, 22:38

 


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Türkiyə üzrə proqram direktoru, professor Toker Ergüderin koronavirusla bağlı açıqlaması narahatlıq yaradıb. O bildirib ki, Türkiyədə və dünyada COVID-19-a yoluxanların sayı yenidən artmağa başlayıb.

Şəffaflıq.az redaktor.az-a istinadən xəbər verir ki, professor virusun hələ də aktiv şəkildə yayıldığını və yoluxma riskini itirmədiyinə diqqət çəkərək, Türkiyədə də son günlər yoluxmaların artdığını vurğulayıb:

“Ancaq unutmayın ki, hazırda bizim aşkar edə bildiyimiz yoluxma halları sadəcə aysberqin görə bildiyimiz hissəsidir. Hər gün aşkar olunan yoluxma sayını 6 və ya 7-yə vurmaq lazımdır. Çünki testləri həyata keçirdiyimiz avadanlıqlar yalnız 60% dəqiq nəticə verə bilir. Bu virusu daşıyanların 80%-də heç bir simptom özünü göstərmr. Belə xəstələr asemtomik adlanır. Yəni, bu xəstələr heç bir simptom göstərmirlər, ancaq virusu yoluxdura bilirlər”. 


Geri qayıt