Əsas Səhifə > Dünya > ABŞ-da COVID-19-dan ölənlərin sayı Birinci Dünya müharibəsində ölənlərin sayını ötüb
ABŞ-da COVID-19-dan ölənlərin sayı Birinci Dünya müharibəsində ölənlərin sayını ötüb17-06-2020, 07:03 |
ABŞ-da 116 526 nəfər pandemiyanın qurbanı olub. Şəffaflıq.az “TASS”a istinadən xəbər verir ki, bu barədə federal və yerli hökumət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb. Bununla da ABŞ-da koronavirus infeksiyasının yaratdığı xəstəlikdən vəfat edənlərin sayı Birinci Dünya müharibəsində ölən amerikalıların sayını keçib. Belə ki, Birinci Dünya müharibəsində ölən amerikalıların sayı 116 516 nəfər təşkil edib. Universitetdən verilən məlumata görə, ölkədə yoluxma hallarının ümumi sayı 2,1 milyon nəfərdir. Geri qayıt |