Əsas Səhifə > Dünya > İsraildə koronavirusa yoluxma halları artıb

İsraildə koronavirusa yoluxma halları artıb


16-06-2020, 23:07

 

İsraildə 258 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.

Hazırkı dövrədək ölkədə 19 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15 449 nəfər müalicə olunaraq sağalıb, 302 nəfər vəfat edib, 3 744 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd olunub ki, pasiyentlərin 29-nun vəziyyəti ağırdır.

Xatırladaq ki, İsraildə may ayının sonlarında aşkar olunan xəstəlik halları artıb.

Geri qayıt