Əsas Səhifə > Dünya > Fransız xalqı da koronaya inanmır və normal həyata başlayıb

Fransız xalqı da koronaya inanmır və normal həyata başlayıb


16-06-2020, 07:34

 

Joie de vivre (həyatın sevinci) deyən Paris yenidən canlanmağa başlayıb. Belə ki, sürətlə yayılan koronavirusa görə martın 14-dən bəri qapılarını bağlı saxlamağa məcbur olan şəhərdə kafe və restoranlar yenidən açır.

Müştərilərin çoxu sosial distansiya və maskalara məhəl qoymadan səhər espressosu və 3 porsiyalı nahar yeməyi üçün məhəllələrindəki bistrolara axışır və prezidentin təəccüblü çağırışından sonra normal həyat qayıdır.

Bazar günü gecə televiziya ilə çıxış edən prezident Emmanuel Makron virusla mübarizədə irəliləyişlərə toxunaraq, "Yaşamağın gözəlliyini, azadlığımızın dadını yenidən kəşf edəcəyik. Fransanı yenidən kəşf edəcəyik" deyib.

Sürətli yoluxmalara görə Fransa sərt karantin tədbirləri çərçivəsində ölkəni iki ay tamamilə bağladıqdan sonra Parisdən kənardakı restoranlar bu ayın əvvəlində açıldı.

İyunun 2-dən etibarən Paris kafelərinə müştərilərə yalnız açıq havada xidmət göstərmək icazəsi verildi. Macronun çıxışına qədər bu ayın sonunadək restoran və kafelərin tam açılması gözlənilmirdi.


Şəffaflıq.az
Geri qayıt