Əsas Səhifə > MANŞET > Şamaxı Polisi, digər dövlət orqanları və bəzi imkanlı şəxslərlə birgə xalqımızın böyük rəğbətini qazanıblar
Şamaxı Polisi, digər dövlət orqanları və bəzi imkanlı şəxslərlə birgə xalqımızın böyük rəğbətini qazanıblar15-06-2020, 23:06 |
İlk dəfə koronavirus epidemiyasını eşidəndə nə adını başa düşdük, nə də təhlükə dərəcəsini. Dövlətin qanununa əməl edərək bizlər - əksəriyyətimiz düz 7 gün evdən bayıra çıxmadıq. Sonralar ərzaq yardımı kompaniyasına başladıq. Bir mətbuat işçiləri kimi 1 ayda 150 imkansız ailəyə dəstək olduq, onları sevindirdik. Müxtəlif təşkilatlarla, idarələrlə və insanlarla münasibətlər yaratdıq. Ərzaq yardımlarında Şamaxı rayon Polis Şöbəsi, Şamaxı Olimpiya Mərkəzi, Şamaxı Gənclər və İdman Idarəsi, Şamaxı rayon Təhsil Şöbəsi, Şamaxı YAP Gənclər Birliyi, Şamaxı Yanğından Mübarizə İdarəsi, THT Liseyi, Sosial Adaptasiya Yardım Birliyi və Şikar Bədəlov, Rizvan Qənbərli, Kamil Eyyubov, Şahbaba Fəthullayev, Əzizbaba Fəthullayev və başqaları yaxından iştirak etdilər. Bu zaman biz xalqımızın içərisində çox gözəl insanları da tanıdıq, onlarla gələcəkdə mümkün əməkdaşlıq perspektivlərini müzakirə etdik. Yardım Kompaniyası zamanı bütövlükdə Şamaxı rayon Polis Şöbəsi xüsusi olaraq seçilirdi. Belə ki, Şöbənin rəhbərliyindən tutmuş sıravi çavuşlarınadək bu yardımlarda bizə yaxından dəstək oldular. Şamaxı Polis Şöbəsinin zabitlərindən Ziya müəllim, Nuşirəvan müəllim, Fərid müəllim və çavuşlardan Rövşən, Osman və başqalarının adlarını çəkmək olar. Neçə-neçə adıçəkilən və çəkilməyən insanlar hətta öz şəxsi vəsaiti ilə imkansız ailələrə maddi yardımlar etdikləri üçün onlara qəzetimizin adından minnətdarlığımızı bildiririk. Bu yazını saytımızda verməyimizin bir səbəbi vardır. Belə ki, bəzi üzdəniraq şəxslər Azərbaycan Polisinin, o cümlədən Şamaxı Polisinin xalqımız və dövlətimiz üçün çoxsaylı yaxşı və nümunəvi işlərini sanki görmürlər, görsələr də özlərini görməzliyə vururlar. Lakin biz hesab edirik ki, istər polis olsun, istərsə də digər şəxslər – onların nümunəvi və ibrətamiz fəaliyyətləri media tərəfindən həmişə diqqətdə saxlanılaraq qiymətləndirilməlidir. Şəffaflıq qəzetinin kollektivi adından belə insanlara can sağlığı arzu edir, işlərində uğurlar arzulayırıq. Şəffaflıq qəzetinin təsisçisi və baş redaktoru Vahid İsmayılov, baş redaktorun birinci müavini Alxas Məmmədov, baş redaktorun müavini Yanoş Məhərrəmov Geri qayıt |