Əsas Səhifə > Dünya > İspaniya sərhədlərini açacaq - Bir həftədən sonra

İspaniya sərhədlərini açacaq - Bir həftədən sonra


15-06-2020, 06:16

 

İspaniyanın Baş naziri Pedro Sançes şengen zonası ölkələrinin üzünə sərhədləri açacağını anons edib.

Onun sözlərinə görə, Avropa ölkələrinin vətəndaşları artıq iyunun 22-dən başlayaraq, İspaniyaya gələ biləcəklər. Bu barədə bazar günü keçirilən mətbuat konfransında rəsmi məlumat verilib.

Bu məsələdə Portuqaliya istisna təşkil edəcək. Onunla sərhədlərin açılması mərasimi iyulun 1-nə müəyyən olunub.

İspaniya kralı 6-cı Felipe, Portuqaliyanın Baş naziri Antoniu Koşta və Portuqaliyanın prezidenti Marselu Rebelu de Souza mərasimdə iştirak edəcəklər.


Şəffaflıq.az
Geri qayıt