Əsas Səhifə > Dünya > İtaliyada koronavirusdan ölənlərin sayı 34 301 nəfərə çatıb
İtaliyada koronavirusdan ölənlərin sayı 34 301 nəfərə çatıb14-06-2020, 10:01 |
İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan daha 55 nəfər vəfat edib. Şəffaflıq.az "Gazeta.ru"-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirusdan ölənlərin sayı 34 301 nəfərə çatıb. Bildirilir ki, ötən sutka ölkədə koronavirusa daha 346 nəfər yoluxub, yoluxanların ümumi sayı 236 651 nəfər təşkil edir. Koronavirusa yoluxanlardan 174 865 nəfəri sağalıb.
Geri qayıt |