Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Şamaxı Məırkəzi Xəstəxana zəlzələ ilə bağlı gücləndirilmiş rejimdə çalışıb.

Şamaxı Məırkəzi Xəstəxana zəlzələ ilə bağlı gücləndirilmiş rejimdə çalışıb.


6-02-2019, 13:45

 Şamaxı Məırkəzi Xəstəxana zəlzələ ilə bağlı gücləndirilmiş rejimdə çalışıb.

Şəffaflıq.azın əldə etdiyi məlumata görə, hadisə ilə əlaqədar 6 təcili tibbi yardım briqadası işləyib. Təcili yardıma 30 müraciət edilib, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmotologiya şöbəsində lazımı yardım göstərilib:
"Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib. Bir nəfər cavan adamın həyacandan dili tutulub. O da yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. Bir nəfərin həyacandan beyninə qan sızıb. Həmin şəxsin 58 yaşı var, reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır qiymatləndirilir".
Geri qayıt