Əsas Səhifə > Dünya > Ukrayna prezidenti Zelenskinin xanımı koronavirusa yoluxdu

Ukrayna prezidenti Zelenskinin xanımı koronavirusa yoluxdu


13-06-2020, 12:21

 

Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya koronavirusa yoluxub.

Şəffaflıq.az xəbər verir ki, Ukrayna Prezidentinin ofisinin teleqram kanalında verilən məlumata görə, birinci xanımın test nəticələri pozitiv çıxıb. Bildirilib ki, Y. Zelenskaya hazırda ev şəraitində müalicə olunur və o, ailə üzvlərindən təcrid olunub. Onun özünü yaxşı hiss etdiyi və xəstəliyin simptomsuz keçdiyi qeyd olunub.

Birinci xanımın xəstəliyə necə yoluxduğu hələ ki, məlum deyil. Onunla əlaqədə olmuş şəxslərə bu barədə məlumat göndərilib.

Prezidentlə uşaqlarının xəstəliklə bağlı analiz cavabları neqativ olub.

Xatırladaq ki, V. Zelenski bir neçə gün bundan öncə vətəndaşları koronavirusa inandırmaq üçün xəstəliyə yoluxaraq özünü təcrid etmək istədiyini açıqlamışdı.

Geri qayıt