Əsas Səhifə > Dünya > Türkiyə koronavirusa qarşı dərman hazırladığını rəsmən açıqladı
Türkiyə koronavirusa qarşı dərman hazırladığını rəsmən açıqladı12-06-2020, 12:29 |
“Biz koronavirusa qarşı yerli və tamamilə milli olaraq öz sintezimizlə inkişaf etdirdiyimiz çox vacib bir dərmanı hazırladıq”. Şəffaflıq.az haberler.com-a istinadən məlumat verir ki, bunu Türkiyənin Texnologiya və Sənaye naziri Mustafa Varank öz açıqlamasında deyib. O qeyd edib ki, dərmana yaxın vaxtlarda lisenziya verilməsi planlaşdırılır. Nazir bundan başqa bildirib ki, "Favicovir" adlı dərmanın lisenziyalaşdırma mərhələsinə gəlməsi çox xoş və qürurvericidir: "Dərmanın bu mərhələdən sonra müalicədə istifadəsi və ixracatı da planlaşdırılır”. Geri qayıt |