Əsas Səhifə > Gündəm > Milli Məclisin iclası başlayıb - müzakirələrə hökumət üzvləri də qatılıb

Milli Məclisin iclası başlayıb - müzakirələrə hökumət üzvləri də qatılıb


12-06-2020, 12:27

 

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə ümumilikdə 7 məsələ daxil edilib.

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə məsələ ikinci oxunuşda müzakirə olunacaq.

Buna görə də iclasda deputatlarla yanaşı, Maliyyə naziri Samir Şərifov və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov iştirak edir.


Şəffaflıq.az
Geri qayıt