Əsas Səhifə > Dünya > Mübariz Mənsimovun cinayət işi məhkəməyə göndərilib

Mübariz Mənsimovun cinayət işi məhkəməyə göndərilib


12-06-2020, 00:33

 

Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov barəsində cinayət işi bu gün İstanbul 27-ci Ağır Cəza Məhkəməsinə göndərilib.


Şəffaflıq.az APA-ya istinadən bildirir ki, bu barədə "Palmali” Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva məlumat verib.

O bildirib ki, ittihamnamə hələ ki məhkəmədə dəyərləndirmə mərhələsindədir: "Dəyərləndirmə mərhələsi davam edənə qədər vəkillərə məlumat verilmir. İlk növbədə məhkəmənin ittihamnaməni dəyərləndirməsi aparılacaq”.

Qeyd edək ki, M.Mənsimov martın 15-də polis tərəfindən saxlanılıb. Türkiyə mətbuatının xəbərinə görə, o, FETÖ işi üzrə aparılan istintaq çərçivəsində tutulub.

Geri qayıt