Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Azərbaycanda polis şöbəsinin bütün rəhbər heyəti işdən çıxarıldı - SİYAHI
Azərbaycanda polis şöbəsinin bütün rəhbər heyəti işdən çıxarıldı - SİYAHI11-06-2020, 19:36 |
Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəhbər heyəti tutduqları vəzifələrdən azad ediliblər. Şəffaflıq.az Musavat.com-a istinadən xəbər verir ki, polis şöbəsinin Əməliyyat üzrə rəis müavini İlham Kərimov, Xidmət üzrə rəis müavini Cabir Ələsgərov, Şöbənin Post Patrul Xidməti üzrə Komandiri Qabil Ələsgərov, baş müstəntiqi Rəşad Məhərrəmov və Köçvəlili Polis Bölməsinin rəisi Vüqar Məmmədli işdən çıxarılıblar. Məlumat üçün bildirək ki, bir müddət əvvəl Ağstafa RPŞ-nin rəisi Elsevər Əli oğlu Aslanov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb. Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib. Geri qayıt |