Əsas Səhifə > Dünya > Ərdoğan Türkiyədə bu qadağaları götürdü
Ərdoğan Türkiyədə bu qadağaları götürdü10-06-2020, 10:56 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra karantinin yumşaldılması prosesində alınan yeni qərarları açıqlayıb. Şəffaflıq.az Türkiyə mediasına istinadən yeni qərarları təqdim edir: Restoran, kafe və qiraətxanaların bağlanma saatı 22:00-dan 24:00-dək uzadılıb; Kinoteatr, teatr və şou mərkəzləri iyulun 1-dən fəaliyyətə başlayacaq; 65 yaşdan yuxarı vətəndaşlar həftənin bütün günləri saat 10:00-dan 20:00-dək küçəyə çıxa biləcəklər; 18 yaşdan aşağı şəxslər üçün qadağa isə yalnız valideyn himayəsində çölə çıxmaq şərti ilə aradan götürülür; Milli parklar və təbii parklar 18 yaşdan kişi və 65 yaşdan böyük şəxslər üçün ödənişsiz olacaq; Nikah zalları 15 iyundan, toy zalları isə 1 iyuldan etibarən fəaliyyətə başlayacaq. Geri qayıt |