Əsas Səhifə > Dünya > Peruda COVID-19 xəstələrinin sayı 200 min nəfəri keçdi
Peruda COVID-19 xəstələrinin sayı 200 min nəfəri keçdi10-06-2020, 10:54 |
Peruda COVID-19 xəstələrinin sayı artmaqda davam edir. Şəffaflıq.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib. Qeyd edilir ki, Peruda virusa yoluxanların sayı 200 min nəfəri ötüb. "İyunun 9-a olan məlumatlara görə, COVID-19-la bağlı testdən 1 227 691 insan keçib, onlardan 203 736-sının analizi müsbət nəticə nəticə verib, 1 023 955 insanın koronavirus analisi mənfi olub", - xəbərdə deyilir. Qeyd edilir ki, pandemiya dövründə 5 738 pasiyent virusdan ölüb, 92 929 nəfər karantin dövrünü keçib və ya sağalaraq xəstəxanalardan evə buraxılıb. Geri qayıt |