Əsas Səhifə > Dünya > Braziliyada son sutkada 1,2 min insan koronavirusun qurbanı oldu

Braziliyada son sutkada 1,2 min insan koronavirusun qurbanı oldu


10-06-2020, 10:52

 

Braziliyada yeni koronavirusdan ölənlərin sayı 38 406 nəfərə çatıb.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Qeyd edilir ki, son sutkada COVID-19-dan 1 272 nəfər ölüb.

Bu müddət ərzində Cənubi Amerika respublikasında virusa yeni 32 091 yoluxma aşkarlanıb. Bununla da COVID-19 xəstələrinin ümumi sayı 739 503 nəfərə çatıb. Virusa yoluxmuş 311 064 pasiyent sağalıb. Onlardan 21 024 nəfəri son sutkada evə buraxılıb.

Ölkədə infeksiyanın yayılmasının mərkəzi 21 milyon insanın yaşadığı cənub-şərq ştatı San-Paulo və onun eyniadlı paytaxtıdır. Regionda virusa 150 138 nəfər yoluxub, 9 522 insan ölüb.

Siyahıda yoluxma hallarının sayına görə ikinci yerdə qonşu Rio-de-Janeyro qərarlaşıb. Burada 72 979 COVID-19 xəstəsi qeydə alınıb. Eyni zamanda 6 928 insan ölüb. Şimal-şərq ştatı Searada virusa 68 384 yoluxmuş var, burada 4 309 nəfər pandemiyanın qurbanı olub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Geri qayıt