Əsas Səhifə > Gündəm > Gürcüstanda azərbaycanlı iki ailə arasında qan davası - KƏNDDƏ GƏRGİNLİK...
Gürcüstanda azərbaycanlı iki ailə arasında qan davası - KƏNDDƏ GƏRGİNLİK...5-02-2019, 15:33 |
Gürcüstanın Telavi rayonunun Qaracalar kəndində fevralın 1-də qətlə yetirilən 19 yaşlı Radim Qurbanovun yaxın qohumları və kənd sakinləri etiraz aksiyası keçiriblər. Şəffaflıq.az report-a istinadən xəbər verir ki, onlar qətli törədən şəxsin ailəsinin kənddən köçürülməsini tələb ediblər. Gəncin öldürülməsinə səbəb kənddə yaşayan iki ailə arasında münaqişə olub. Münaqişə 10 il bundan öncə bədbəxt hadisədən sonra yaranıb. Belə ki, qətlə yetirilən gənc və qətli törədən şəxs qoyun otaran zaman ov tüfəngi ilə ehtiyatsız davranıblar, nəticədə silahdan açılan atəş yaxınlıqdakı oğlanın ölümünə səbəb olub. Həmin oğlan qətli törədən şəxsin qardaşı olub. On doqquz yaşlı azərbaycanlını 10 il bundan qabaq bədbəxt hadisə zamanı ölən oğlanın qardaşı qisas zəminində qətlə yetirib. O, polisə təslim olub. Faktla bağlı qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb, istintaq aparılır. Qətlə yetirilən gəncin bacısı Radmila Qurbanova qətli törədən şəxsin ailəsinin kənddən köçürülməyəcəyi halda, onların evlərinə od vurmaq və qətllə hədələyib. Geri qayıt |