Əsas Səhifə > Dünya > Hindistanda son həftə COVID-19 virusuna gündə təxminən 10 min yoluxma qeydə alınıb
Hindistanda son həftə COVID-19 virusuna gündə təxminən 10 min yoluxma qeydə alınıb10-06-2020, 10:46 |
Hindistanda ötən sutka ərzində yeni növ koronavirusa (COVID-19) 9987 yoluxma və virus səbəbindən 266 ölüm qeydə alınıb. Şəffaflıq.az Hindistanın Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, son 7 gündə ölkədə virusa yoluxma sayı gündəlik təxminən 10 min nəfər təşkil edib. Son məlumata əsasən, ölkədə virusa yoluxanların ümumi sayı 266 min 598 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 7466-ya çatıb. Hindistan yoluxanların sayına görə dünyada 6-cı sıradadır. Səhiyyə Nazirliyi ölkədə virusa yoluxanların 48 faizinin sağaldığını açıqlayıb. Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar martın 25-dən Hindistanda qüvvədə olan xüsusi karantin rejimi bəzi yumşalmalarla iyunun 30-dək uzadılıb. İyunun 8-dən etibarən ölkədə dini ibadət yerlərinin, ticarət və iş mərkəzlərinin, restoranların fəaliyyətinə icazə verilib. Ən pis vəziyyət Maharaştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir. Geri qayıt |