Əsas Səhifə > Gündəm > Nazirliyin 7 əməkdaşı koronavirusa yoluxdu — şöbə bağlandı - AZƏRBAYCANDA
Nazirliyin 7 əməkdaşı koronavirusa yoluxdu — şöbə bağlandı - AZƏRBAYCANDA9-06-2020, 21:15 |
Dünən DSMF-in Qobustan şöbəsinin müdiri İrşad Həsənov da daxil olmaqla, 7 nəfər əməkdaşda koronavirus (COVİD-19) test nəticələri pozitiv çıxıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə axar.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyib. O bildirib ki, şöbə müdiri hazırda xəstəxanada müalicəsini davam etdirir, digər əməkdaşlar isə evdə müalicə alır: “Bu gün Şöbədə infeksiyaya qarşı xüsusi kimyəvi maddələrlə növbəti dezinfeksiya işləri həyata keçirilib. Dezinfeksiya işləri yekunlaşdıqdan sonra şöbə fəaliyyətinə əvvəlki qaydada davam edəcək”. Geri qayıt |