Əsas Səhifə > Dünya > İtaliyada seroloji testlər kampaniyasına başlanılıb

İtaliyada seroloji testlər kampaniyasına başlanılıb


9-06-2020, 06:49

 

İtaliya Səhiyyə Nazirliyi yeni koronavirus ocağı müəyyənləşdirib.

Şəffaflıq.az xəbər verir ki, Romadakı özəl xəstəxanalardan birində keçirilmiş test zamanı 37 nəfərdə koronavirus nəticəsi pozitiv çıxıb. Bunlar xəstəxana personalı və xəstələrdir. Ümumilikdə, test yoxlamasından 700 nəfər keçirilib.

Eyni zamanda, İtaliyada mayın 18-dən etibarən klinikadan çıxarılan və onlarla yaxın təmasda olan bütün xəstələr üzərində seroloji testlər (Sars-CoV-2 əleyhinə antitelləri aşkarlayan) kampaniyasına da başlanılıb.

İtaliyada həyat normala qayıtsa da, əhalidən məsuliyyəti itirməmək tələb olunur. Özəl və qapalı xəstəxanada COVID-19 virusunun aşkarlanması həyəcana səbəb olub. Bunun qarşısını almaq üçün nazirlik Romada yeni epidemioloji yoxlamalara başlayıb.

Geri qayıt