Əsas Səhifə > Dünya > Gürcüstana getmək istəyənlərə ŞAD XƏBƏR — Bu vaxtdan etibarən...
Gürcüstana getmək istəyənlərə ŞAD XƏBƏR — Bu vaxtdan etibarən...9-06-2020, 00:41 |
Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin yumşaldılmasının növbəti mərhələsi başlayıb. Şəffaflıq.az xəbər verir ki, iyunun 8-dən etibarən ölkədə restoran və kafelərin, hotellərin və valyutadəyişmə məntəqələrinin işi bərpa olunur. Bundan başqa, iyunun 15-dən ölkədaxili turizm, dəmir yolu ilə sərnişin daşımaları bərpa olunacaq. Beynəlxalq turizmin isə iyulun 1-dən açılması gözlənilir. Gürcüstan Səhiyyə Nazirliyi ictimai iaşə müəssisələrinə və hotellərə müəyyən tövsiyələr verib. Kafe və restoran maska taxmaq və iki metr məsafə saxlamaq zəruridir. Stol arxasında ən çox 6 nəfər otura bilər. Hotellərə gəldikdə isə, yalnız Səhiyyə Nazirliyinin yoxlamasından keçən hotellər fəaliyyətini bərpa edəcək. Qeyd edək ki, ötən gün Gürcüstanda 1 nəfərin koronavirusa yoluxması qeydə alınıb. Bu günədək ölkədə 810 nəfər yoluxub, 13 nəfər ölüb. Geri qayıt |