Əsas Səhifə > Dünya > Dünyada koronavirusa yoluxanların sayı 136 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı 136 mindən çox artıb


8-06-2020, 20:39

 

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 136 mindən çox artıb.

Şəffaflıq.az "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 7-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 136 409 nəfər yeni koronavirusa yoluxub, 4 586 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 6 799 713, ölənlərin isə 397 388 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 3 234 875 yoluxma və 179 394 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 268 311, ölənlərin sayı isə 183 732 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 623 684 yoluxma və 14 326 ölüm halı qeydə alınıb.

Geri qayıt