Əsas Səhifə > Maraqlı > Telefonunuz dinlənilirmi? — Ekspert bunu müəyyən etməyin yolunu açıqladı
Telefonunuz dinlənilirmi? — Ekspert bunu müəyyən etməyin yolunu açıqladı6-06-2020, 07:43 |
Telefonda yükləmədiyiniz tətbiqlər ortaya çıxırsa, sizi dinləmə ehtimalı yüksəkdir. Şəffaflıq.az Publika.az-a istinadən xəbər verir ki, “TelecomDaily” informasiya və analitik agentliyinin rəhbəri Denis Kuskov telefonunuzun dinləmədə olduğunu müəyyənləşdirmək üçün iki əsas əlaməti açıqlayıb. - Smartfonun özü açılır və sönürsə; - Telefondan istifadə etməsəniz də, batareyası çox tez tükənirsə; Kuskovun fikrincə, bütün bunlar kiminsə telefonunuzu qanuni və ya qanunsuz üsullarla dinlədiyini göstərə bilər. “Bunu aşkar etmək həmişə mümkün deyil, çünki bahalı avadanlıq istifadə olunur”, - deyə o bildirib. Mütəxəssis qeyd edib ki, smartfonun batareyası tez tükənirsə, bu, hansısa proqramın arxa planda işlədiyini göstərir. Bunu aydınlaşdırmaq üçün mütləq xidmət şöbəsinə müraciət etməlisiniz. Geri qayıt |