Əsas Səhifə > Gündəm > Sabahdan şəxsi avtomobillərlə hərəkət tam qadağan edilir — RƏSMİ
Sabahdan şəxsi avtomobillərlə hərəkət tam qadağan edilir — RƏSMİ5-06-2020, 16:22 |
Sabahdan iki gün müddətində Azərbaycanda şəxsi avtomobillərlə hərəkət tam qadağan edilir. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah qərar verib. Bildirilib ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla). Qeyd edilib ki, icazəsi olan şəxslər xidməti avtomobillə işə gedə biləcək.
Geri qayıt |