Əsas Səhifə > Hadisə > Bakı Şamaxı yolunda qəza baş verib - Baş Redaktorun Yol qəzası ilə bağlı İradları
Bakı Şamaxı yolunda qəza baş verib - Baş Redaktorun Yol qəzası ilə bağlı İradları4-06-2020, 09:21 |
Dünən axşam saat 21.30 radələrində Bakı Şamaxı yolunun təxminən 40-cı kilometrində avto-qəza baş vermişdir. Hadisəyə şəxsən özüm şahidəm. Belə ki, dünən səhər vaxtı mən özüm işimlə bağlı Bakıya gedərkən yolda heç bir xəbərdarlıq nişanları qoyulmadan təmir işlərinin aparıldığını gördüm. Axşam qayıdarkən isə iki avtomaşının qəza törətdiyinin şahidi olmuşam. Yolda təmirə bağlanma haqda xəbərdarlıq nişanı qoyulmadığı üçün 90 UC 935 nömrəli mersedes markalı avtomobil həmin şose yolda təmir işləri aparan ekskavatora çırpılmış, nəticədə maşında 2 nəfər qadın müxtəlif dərəcəli bədən xəsarəti almışlar. Onlardan birinin vəziyyəti ağır idi. Həmin avtomobilin özü tam yararsız vəziyyətə düşmüşdür. Bundan əlavə, digər bir avtomobilin arxa tərəfində yüngül qəza vəziyyəti aydın görünürdü. Bildirirəm ki, mən həmin sürücülərdə heç bir günah görmürəm. Günah ancaq Azər Avto yolun texniki şərtlərə uyğun işlər aparmadığına görədir. Buna işində ciddi səhlənkarlıq adı vermək olar. Qeyd edim ki, mən dəfələrlə xarici ölkələrdə olmuşam. Gecə vaxtı uzaq məsafədən hiss olunur ki, qarşıda hər hansı bir maneə var. Bu zaman sürücü sürəti azaldır və ehtiyyatlı davranır. Çox təəssüflər olsun ki, bizdə belə şey yoxdur. "Şəffaflıq" qəzetinin baş redaktoru Vahid İsmayılov Geri qayıt |