Əsas Səhifə > Maraqlı > Oynaqların ağrısını hansı tərəvəz götürə bilər? - Alimlər müəyyən ediblər

Oynaqların ağrısını hansı tərəvəz götürə bilər? - Alimlər müəyyən ediblər


3-06-2020, 07:21

 

Alimlər öyrəniblər ki, artroz və osteoartrit zamanı oynaqların ağrısını hansı tərəvəz götürə bilər. Məlum olub ki, bununla brokolli kələm əla bacarır. Ekspertlərə istinadla bu barədə «u-news.com.ua» nəşri yazıb.

Sözügedən tərəvəzin tərkibində çoxlu antioksidant və vitamin var və o, mütləq oynaqları zəifləmiş və ya zədələnmiş insanların menyüsündə iştirak etməlidir. Tərkibindəki C vitamini və beta-karotinin sayəsində brokolli həm də immun sistemini möhkəmləndiməyə kömək edir, flavonoidlər isə soyuqdəyməyə qarşı effektlidir - xüsusilə ikinci tip şəkərli diabet zamanı.

Bütün dünyada insanların təxminən 30 faizi xəstə oynaqlardan əziyyət çəkir. Tibb işçiləri brokollidən profilaktika məqsədilə istifadəni tövsiyə edirlər, ancaq əgər xəstəlik şiddətlənirsə, təcili həkimə müraciət etməyi məsləhət görürlər.

Şəffaflıq.az

Geri qayıt