Əsas Səhifə > İdman > Avropa Güləş Federasiyasının prezidenti vəfat edib
Avropa Güləş Federasiyasının prezidenti vəfat edib1-06-2020, 07:10 |
Avropa Güləş Federasiyasının (UWW-EU) prezidenti Tseno Tsenov uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib. Şəffaflıq.az-ın məlumatına görə, güləşin inkişafında böyük xidmətləri olan mərhum xüsusən 2013-cü ildə bu idman növünün Olimpiadanın proqramında qalmasında böyük əmək sərf edib. Sofiya Universitetinin Tarix və Arxitektura fakültəsini bitirən T.Tsenov Bolqarıstan Güləş Federasiyasında baş katib, vitse-prezident və prezident vəzifələrində çalışmaqla yanaşı, 1978-ci ildən köhnə adı Avropa Güləş Şurası olan qurumun İcraiyyə Komitəsinin üzvü olub. 1996-cı ildən isə bu quruma başçılıq edirdi. Təcrübəli güləş mütəxəssisi 7 dəfə bu qurumun prezident seçkilərində qalib gəlib. T.Tsenov həmçinin 2002-ci ildən Dünya Güləş Birliyinin (UWW) Büro üzvü olub. Geri qayıt |