Əsas Səhifə > Gündəm > Milli Məclisdə xüsusi iş qaydası tətbiq edilib

Milli Məclisdə xüsusi iş qaydası tətbiq edilib


1-06-2020, 06:56

 


“Milli Məclis dövlət başçısının birbaşa rəhbərliyi və nəzarəti altında ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərdə yaxından iştirak edir”.

Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib.

O bildirib ki, parlamentdə xüsusi iş qaydası tətbiq edilib: “Milli Məclisin iclaslarında deputatlar 2 metr ara məsafəsi saxlanılmaqla və hər sırada 1 nəfər tibbi maskada olmaqla əyləşirlər. Komitə və komissiyaların iclasları onlayn rejimdə keçirilir. Lazımi texniki imkanlar yarandıqdan sonra Milli Məclisin plenar iclaslarının da internet üzərindən keçirilməsi mümkün olacaq”.


Geri qayıt