Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Milli Məclisin 82 deputatı sədrə müraciət edib - sabah növbədənkənar sessiya başlayır

Milli Məclisin 82 deputatı sədrə müraciət edib - sabah növbədənkənar sessiya başlayır


31-05-2020, 18:09

 

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq. Bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında məlumat verdi. Spiker bildirdi ki, Milli Məclsiin 82 deputatı parlamentin növbədənkənar sessiyasının çağırılması ilə bağı müraciət edib.

 Bir sıra qanun layihələrinin müzakirəsi ilə əlaqədar olaraq növbədənkənar sessiyanın ilk plenar iclaslarının iyunun 1-də və 2-də keçirilməsinə qərar verilib.

Qeyd edək ki, Milli Məclis qoruyucu maskadan istifadə etməyənlərin cərimələnməsini nəzərdə tutan qanun layihəsini ilk oxunuşda qəbul edib. İkinci oxunuş isə növbəti gün keçiriləcək.

Şəffaflıq.az

Geri qayıt